Bu gün Bakıda “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda MDB ölkələri gənc şərqşünaslarının Bakıda keçirilən II qurultayı keçirilir.
AZXEBER.COM xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Gənc Alimlər Şurası ilə birlikdə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə təşkil edilib. Qurultayın açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Rusiya EA Şərqşünaslıq İnstitutunun direktor müavini Elqena Molodyakova, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva və Beynəlxalq Türk Akademiyasının prezidenti Şakir İbrayev salamlama nitqləri söyləmişlər.Daha sonra plenar iclasda Moskva Dövlət Universiteti Asiya və Afrika ölkələri İnstitutunun prezidenti Mixail Meyer, Rusiya EA Sankt-Peterburq Şərq Əlyazmaları institutunun direktoru İrina Popova, Ukrayna MEA A.Y.Krımski adına Şərqşünaslıq İnstitutunun direktoru Daniil Radivilov, Rusiya EA Şərqşünaslıq İnstitutunun Şərq tarixi şöbəsinin müdiri Dmitri Vasilyev, Latviya Universitetinin professoru Yanis Eşots, Rusiya EA Afrika İnstitutunun aparıcı elmi işçisi Renat Bekkin və s. qonaqlar məruzələrlə çıxış etmişlər.Tədbirin birinci günündə “Tarixi araşdırmalar”, “Tarixşünaslıq və mənbəşünaslıq” və “Filologiya” bölmələrində müzakirələr aparılmışdır. Tədbirdə MDB ölkələrindən 70-ə yaxın nümayəndə iştirak edir.Qurultayda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının PrezidentiAkif Əlizadədeyib ki, şərqşünaslıq Azərbaycanda dərin kökə malikdir.“Bu növ qurultayların təşkili gənc nəsillə yaşlı nəsil arasındakı bağlantını möhkəmləndirir. Mən əminəm ki, bu qurultay dünya şərqşünaslığına öz töhfəsini verəcək.
SSRİ-nin dağılması bir çox bağları qırıb. Ancaq sevindirici haldır bu bağlar bərpa olunur. İnanıram ki, gənc şərqşünadlar bu qurultaydan lazımınca bəhrələnə biləcəklər”.