Penitensiar xidmətin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə narkotik vasitə aşkar olunaraq götürülüb.
AZXEBER.COM Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 23.12.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1962-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.2; 234.4.3; 66.3 və 67.5 maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babaəli Sahib oğlu Talıbovun şəxsi əşyalarına özünün iştirakı ilə baxış keçirilərkən ona məxsus çantadakı idman paltarına aid baş örtüyündə gizlədilmiş 7 ədəd sellofan bükülüdə ümumi xalis çəkisi 3,940 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.