Bakıda məhkumlardan mobil telefon götürülüb.
AZXEBER.COM Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, dekabrın 9-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1; 120.2.2; 120.2.7; 221.3; 228.2.1; maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Samir Rəşid oğlu Osmanovun kamerasına və üzərinə baxış keçirilərkən əynindəki şalvarın sağ cibindən daxilində "Nar" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə həbs edilmiş, məhkum Vüqar Veys oğlu Bayramovun da kamerasına və üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin sağ cibindən daxilində "Azercell" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə araşdırma aparılır.