Bakıda qadın müğənni qətlə yetirildi - Əri saxlanıldı

SOSİAL
15:27 16.10.2023
3095
Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, o, "Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.

Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb.

A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR