Bakıda "novostroyka"da yanğın: Sakinlər təxliyə edildi

Bakıda "novostroyka"da yanğın: Sakinlər təxliyə edildi
SOSİAL
21:10 12.11.2021
366
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin mətbəxində əşyalar 6 m² sahədə yanıb.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR