Bakıda növbəti beynəlxalq boks turnirinə start verilir
İDMAN
13:19 09.05.2012
1278
Şağan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əiyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi boks turnirinə start veriləcək. AZXEBER.COM-un Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, yarışda Azərbaycan komandası ilə yanaşı, Macarıstan, Bolqarıstan, Rusiya, Özbəkistan, Ukrayna, Qazaxıstan, İsrail, Gürcüstan və Hindistan boksçuları da iştirak edəcəklər. Yarışın rəsmi açılış mərasimi mayın 10-da saat 15.00-da olacaq.Final döyüşləri mayın 13-də saat 14.00-da başlayacaq. Azərbaycan milli komandası turnirdə geniş tərkibli heyətlə mübarizə aparacaq.