Bakıda oğlan sevgilisinin 12 yaşlı qızına təcavüz etdi

SOSİAL
13:16 09.04.2016
10723
Paytaxtda bir müddət öncə ərindən boşanan qadın birlikdə yaşadığı sevgilisindən polisə şikayət edib.
Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü İ.M. hüquq-mühafizə orqanlarına müraciət edərək sevgilisinin onun 12 yaşlı qızına qarşı zorakı hərəkətlər etdiyini deyib.
İ.M. deyib ki, qeyri-rəsmi olaraq birlikdə yaşadığı Mahir (şərti) adlı sevgilisi 1 həftə ərzində hər gün qızı 2004-cü il təvəllüdlü Aynura (şərti) qarşı zorakılıqla seksual xarakterli hərəkətlər edib. Bir müddət qorxusundan heç kimə bir söz deməyən uşaq sonradan hər şeyi anasına danışıb.
Araşdırma aparılır.
///qafqazinfo

OXŞAR XƏBƏRLƏR