Bakıda oğurluqda təqsirləndirilən qadın tutulub

Bakıda oğurluqda təqsirləndirilən qadın tutulub
KRİMİNAL
12:10 28.11.2013
1565

Bakıda əvvəllər məhkum olunmuş qadın tutulub. 

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, noyabrın 27-si saat 07 radələrində Vüsal Ramazanovun Yeni Günəşli qəsəbəsindəki mənzilindən oğurluğa cəhd olunub. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Mətanət Hüseynova tutulub. Müəyyən olunub ki, o, noyabrın 22-də Babəli İsbatovun Yeni Günəşli qəsəbəsindəki mənzilindən 2 ədəd bankomat kartı və şəxsi sənəd, noyabrın 25-də isə Cəmilə Qurbanovanın mənzilindən, açıq qapıdan keçmə yolu ilə pul, 1 cüt qızıl sırğa, şəxsiyyət vəsiqəsi, bankomat və sığorta kartları oğurlayıb.(APA)

OXŞAR XƏBƏRLƏR