Bakıda parkda qızla öpüşən oğlanı öldürən gəncə ağır cəza - FOTOLAR

Bakıda parkda qızla öpüşən oğlanı öldürən gəncə ağır cəza - FOTOLAR
KRİMİNAL
02:59 06.04.2015
29171
Bakı Ağır Cinayətlər Məhkəməsində şəhər sakini Fərrux Zeynalovun (1996-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, ötən il martın 12-də Yasamal rayonu İ.Qutqaşınlı küçəsi, 85 ünvanda Fərrux Zeynalov münaqişə zəmnində paytaxt sakini Elçin Dəmirova (1987-ci il təv.) döş qəfəsi nahiyəsindən bıçaqla üç xəsarət yetirib. Ağır yaralanan gənc Kliniki Tibbi mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Səhərisi gün şübhəli şəxs Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim edilib.

İstintaqla müəyyən edilib ki, həmin gün Fərrux Zeynalov parkda məşq etdiyi zaman, Elçin Dəmirovun oturacaqda bir qızla əyləşib, öpüşdüyünü görüb və bunu sonuncuya irad tutub.

Zeynalov parkın yaşadığı əraziyə yaxın olduğunu, oradan qohum və qonşuların keçdiyini bildirib. O, Elçinə qızla başqa yerdə görüşməsini məsləhət gördükdə, Dəmirov bundan əsəbiləşib və Fərruxu söyüb. İlk söz mübahisəsi aralarında orada baş verib, bir qərara gələ bilməyən tərəflər mübahisəyə aydınlıq gətirmək üçün başqa yerdə görüşmək barədə razılığa gəliblər. Axşam saat 16 radələrində görüşərkən onlar mübahisəyə sülh yolu ilə son qoya bilmədiklərinə görə dava başlayıb, nəticədə üzərində olan bıçaqla Fərrux Elçinə zərbələr endirib və hadisə yerindən qaçıb.

Məhkəmə prosesində F.Zeynalov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, ifadəsində Elçin Dəmirovu qəsdən vurmadığını, sadəcə onun fiziki cəhətdən güclü olduğunu anladığı üçün əlini bıçağa atdığını bildirib və əməlindən peşman olduğunu qeyd edib.

Zərərçəkmişin hüquqi varisi ifadə verərək, Zeynalova ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
13:34 09.06.2026
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
13:29 09.06.2026
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
13:19 09.06.2026
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır