Bakıda parkinq problemi birdəfəlik həll olunacaq

Bakıda parkinq problemi birdəfəlik həll olunacaq
MARAQLI
10:44 24.10.2011
1634
2012-2015-ci illərdə regionlarda ümumi uzunluğu 2 min 500 kilometr təşkil edən respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin tikintisi, yenidən qurulması və əsaslı təmiri üçün lazımi vəsait dəqiqləşdirilib və Nəqliyyat Nazirliyi tərəfindən investisiya proqramı layihəsinə daxil edilməsi təklif olunub.Nazirliyin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov AzərTAc-a bildirib ki, keçid layihələri istisna olmaqla, 2012-2015-ci illər üçün investisiya proqramına prioritet olan bir sıra yolların tikintisi, yenidənqurulması və əsaslı təmiri, o cümlədən, 50 kilometr uzunluqda Quba–Xınalıq–Qəbələ (Vəndam, yaxud Laza kəndinə çıxışı təmin etməklə) yolunun, 80 kilometr uzunluqda Quba–Qonaqkənd-Şamaxı yolunun, Xocavənd rayonunun Qarasu və Nərgiztəpə adlanan ərazilərini birləşdirəcək 26 kilometr uzunluqda yolun tikintisi layihələri daxil edilib.
OXŞAR XƏBƏRLƏR