12:46 Cümə, 06 Dekabr 2019
SOSİAL

Bakıda pedofil məşqçi saxlanıldı

21:53, 17.07.20195199
Bakıda pedofil məşqçi saxlanıldı
Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Oxu.Az Sabunçu rayonu hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən xəbər verir.

Məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir.

Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.

Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.

Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir.
XƏBƏR LENTİ