18:21 Cümə, 23 Avqust 2019
KRİMİNAL

Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü 6 il cəza aldı

18:37, 21.05.20193182
Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü 6 il cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM trend-ə istinadən bildirir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən B.Həmzəliyev 6 il azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.

İttihama görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində, qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi "İsuzu" markalı marşrut avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

XƏBƏR LENTİ