Bakıda poçtdan oğurluq etmiş şəxslər tutulublar.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 9-na keçən gecə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindəki 89 saylı Poçtdan pənçərədən girmək yolu ilə içərisində 1500 manat dəyərində danışıq kartları, 300 dollar, 339 manat pul və möhür olan seyf oğurlanıb.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakinləri Məhəmməd Əsgərov, Nicat Atababayev, əvvəllər məhkum olunmuşlar Ziya Baqautdinov və Sübhan Rüstəmov tutulublar.