Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.
İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.
Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.
Xatırladaq ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.