Bakıda böyük insanları, xüsusən də qadınları təşvişə salan seksual manyak yaxalanıb. Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsindən verilən məlumata görə, 33 yaşlı Hacıbaba Əhmədov tutulub. Onu Suraxanı rayon Prokurorluğuna təhvil veriblər.Qeyd edək ki, Hövsan qəsəbəsində qadınlara hücum edən şəxs uzun müddətdir ki, sakinləri həyəcan içində saxlayırdı. Bu adam günün müxtəlif saatlarında və axşamlar küçə ilə tək gedən qadınlara hücum edərək, onları yerə yıxıb seksual xarakterli hərəkətlər edirmiş. Bu azmış kimi, o, etdiyi hərəkətləri və təcavüz etdiyi qadınları telefonun kamerası ilə lentə alır. Bundan başqa, həmin şəxs qadınlara yaxınlaşaraq yaxından onların şəkillərini çəkir. Bu yolla da o, qadınları qorxudur və şantaj edir.Faktla bağlı cinayət iş başlanıb, araşdırma aparılır.(ANSPRESS)