Bakıda qara plyonkalı maşınların sayı azalıb

Bakıda qara plyonkalı maşınların sayı azalıb
17:00 27.03.2013
1202

Buna yol polisinin son günlər keçirdiyi reydlər nəticəsində nail olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Məmmədlinin sözlərinə görə, hazırda küçə və prospektlərdə görməni məhdudlaşdıran pərdə və plyonkalardan istifadə edən nəqliyyat vasitələrinə rast gəlinmir.  Ümumilikdə, bu il paytaxtda avtomobili pərdə və plyonkalı idarə edən 4354 sürücü aşkarlanaraq məsuliyyətə cəlb olunub. Bu hal paytaxt üzrə ən çox Nərimanov rayonunda aşkarlanıb. Burada 615 qayda pozuntusu qeydə alınaraq müvafiq tədbirlər görülüb.  Qeyd edək ki, avtomobildə pərdə-pylonka varsa,yerindəcə sökülür və sürücü 50 manat cərimə edilir. Yox əgər görmə məhdudlaşdıran şüşələrdən istifadə olunubsa, o zaman avtomobil cərimə meydançasına qoyulur. Yol polisi tərəfindən görmə prosesini çətinləşdirən vasitələrdən istifadə olunan avtomobillərin aşkarlanması istiqamətində reydlər davam etdirilir.//anspress

OXŞAR XƏBƏRLƏR