12:39 Bazar Günü, 21 Iyul 2019
SOSİAL

Bakıda qızlar oğlan üstündə bıçaqlaşdılar - Ölən var

21:30, 30.05.20196480
Bakıda qızlar oğlan üstündə bıçaqlaşdılar - Ölən var
Qətl törətməkdə təqsirləndirilərək məhkum olunan Xalitova Aydan Araz qızı Ali Məhkəməyə müraciət edib.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası avqustun 14-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ildə baş verib. 1998-ci il təvəllüdlü Xalitova Aydan Araz qızı münaqişə zəminində 1991-ci il təvəllüdlü Şəms Abdullayevanı bıçaqlayıb. Hadisədən sonra Ş.Abdullayeva dünyasını dəyişib. İstintaq zamanı məlum olub ki, həmin şəxslər arasındakı münaqişə oğlan üstündə baş verib.

Aydan Xalitova cinayəti törətməkdə şübhəli bilinənrək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan gənc qız apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. 
XƏBƏR LENTİ