AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, alış-veriş mərkəzində ürək formasında hazırlanmış nəhəng "şar yağışı" ilə müşayiət olunan tədbiri izləmək üçün yüzlərlə sakin məkana axışıb.
Ticarət mərkəzində quraşdırılan dekorasiyadan eyni anda minlərlə qırmızı şar buraxılıb. "Şar yağışı" xüsusilə gənclər və ailələr tərəfindən maraqla qarşılanıb.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb.










































