Bakıda sevindirən yenilik: Mərkəzdə pulsuz avtobuslar fəaliyyətə başladı

Bakıda sevindirən yenilik: Mərkəzdə pulsuz avtobuslar fəaliyyətə başladı
SOSİAL
12:06 06.07.2026
426
Bakının mərkəzi piyada zonalarında vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektləri, istirahət məkanları və parklanma yerlərinə əlçatanlığın artırılması məqsədilə iki marşrut üzrə ödənişsiz mikroavtobuslar fəaliyyətə başlayıb.

Məlumata görə, C1 nömrəli şatl Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli şatl isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu birləşdirir. Şatllar 7-10 dəqiqə intervalı ilə sərnişinlərə xidmət göstərir.

Qeyd olunub ki, istifadəyə verilən nəqliyyat vasitələri ekoloji cəhətdən təmizdir və şəhərdə dayanıqlı mobilliyin təşviqinə xidmət edir.

Şatllar ilkin mərhələdə yalnız həftəsonları və bayram günləri saat 12:00-dan 00:00-dək fəaliyyət göstərəcək.
OXŞAR XƏBƏRLƏR