06:26 Cümə Axşamı, 17 Oktyabr 2019
KRİMİNAL

Bakıda silsilə oğurluqlarla məşğul olan dəstə tutulub

12:58, 11.12.2013875
Bakıda silsilə oğurluqlarla məşğul olan dəstə tutulub

Bakıda oğurluqla məşğul olan dəstə tutulub.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də Xəyalə Cəfərovaya məxsus aptekdən 1703 manat pul oğurlamış Ağsu rayon sakini Əlisahib Bədəlov, Ağdaş rayon sakinləri Qabil Sadıqov və Şahmurad Xudaverdiyev saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Bayraməli Rəhimova məxsus “Nissan” markalı avtomobildən bir ədəd mobil telefon və şəxsi sənəd, Rahil Abdullayevə məxsus “Toyota” markalı avtomobildən 2000 manat, bir ədəd mobil telefon və iki ədəd monitor, Almaz Bağırovanın çantasından 300 manat və 100 dollar pul, Rauf Zeynalovun velosipedini, Adil Vəlixanovun mağazasından 419 manat pul və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.

XƏBƏR LENTİ