Bakıda şirniyyat mağazasından oğurluq edən şəxs saxlanıldı

Bakıda şirniyyat mağazasından oğurluq edən şəxs saxlanıldı
KRİMİNAL
12:23 25.12.2025
299
Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib.
 
AZXEBER.COM xəbər verir ki, rayon ərazisindəki şirniyyat mağazasından 2000 manat nağd pul naməlum şəraitdə oğurlanıb. Nizami RPİ 25-ci Polis Şöbəsinə daxil olmuş müraciət əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 29 yaşlı R.Tarverdizadə müəyyən edilərək saxlanılıb.

Nəsimi rayonunda isə ticarət mərkəzlərinin birindən 4049 manat dəyəri olan mobil telefonu oğurlayan 56 yaşlı L.Həsənov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR