Bakıda təmirə bağlanan yol açıldı

Bakıda təmirə bağlanan yol açıldı
Bütün Xəbərlər
12:43 13.11.2013
562
Bu gündən etibarən Bakının Səbayıl rayonunda İzzət Nəbiyev küçəsində təmir işləri başa çatıb və yol istifadəyə verilib. 
Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.P.Mürsəliyev qeyd edib ki, uzunluğu 900 metr, eni 10 metr təşkil edən küçədə köhnə asfalt-beton örtüyü qaşınaraq çıxarılıb, yeni asfalt-beton örtüyü çəkilib, eləcə də yolun müxtəlif hissələrində yararsız bardürlər yeniləri ilə əvəzlənib.Qeyd edək ki, təmir-bərpa işlər ilə əlaqədar həmin yol noyabrın 5-dən bağlanılmışdı.(TREND)
OXŞAR XƏBƏRLƏR