Bakıda tikinti şirkətinin ofisindən yarım milyon dollar oğurlanıb

Bakıda tikinti şirkətinin ofisindən yarım milyon dollar oğurlanıb
Bütün Xəbərlər
13:35 26.08.2015
844

Bakıda “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450 min ABŞ dolları olan seyf oğurlanıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450 min ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulub, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR