Bakıda traktor qaçırılıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, noyabrın 17-də saat 15.00 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən, qəsəbə sakini Tali Qədirova məxsus "TMZ" markalı traktoru qaçırılıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Vazi Mirzəyev tutulub.