Bakıda uşaq evində azyaşlı qızılcadan öldü

Bakıda uşaq evində azyaşlı qızılcadan öldü
SOSİAL
11:34 16.02.2026
452
Bakıda 2 yaşlı uşaq qızılcadan ölüb.

Hadisə fevralın 14-də Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisində yerləşən "Nur" uşaq evində qeydə alınıb. 2024-cü il təvəllüdlü Ömür Zeyniyev qızılca xəstəliyindən ölüb.

Araşdırmalar aparılır.
 
11.33
 
Fevralın 14-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şuşa şəhərciyi, "Nur" uşaq evindən çağırış qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR