Faktla bağlı cinayət işi açılıb.
Bakıda intihar hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, Lent.az-ın məlumatına görə, Sabunçu qəsəbəsindəki fərdi yaşayış evində yaşayan Gürcüstan vətəndaşı, 1967-ci il təvəllüdlü Həsənov İsfəndiyar Əliyar oğlu özünü asaraq intihar edib.
Onun asılı vəziyyətdə qalmış meyiti mənzilin çardağından tapılıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.