Bakıda xarici vətəndaşın evindən külli miqdarda pul oğurlandı

SOSİAL
15:57 14.04.2016
1580
Bakıda əcnəbi ölkə vətəndaşının evindən külli miqdarda pul oğurlanıb.
Hadisə Nərimanov rayonu ərazisində baş verib. 17-ci Polis Bölməsinə müraciət edən İsrail vətəndaşı, 1962-ci il təvəllüdlü Aleksandr Şaripov bildirib ki, mənzilin pəncərəsini sındırmaq yolu ilə daxil olan şəxs və ya şəxslər 13500 manat, 10 min dollar və bahalı qol saatlarını oğurlayıb.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
///Lent.az

OXŞAR XƏBƏRLƏR