Bakıda xəstəxanada dəhşətli yanğın - Ölən və yaralananlar var

SOSİAL
10:06 02.03.2018
3372
Bakıda güclü yanğın baş verib.

FHN-dən AZXEBER.COM-a verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

 Yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib. 30-dan artıq pasiyent təxliyə olunub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.
 
Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 


Qeyd edək ki, hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib. 

Hazırda yanğın zamanı ölənlərin olması dəqiqləşdirilir.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. APA-nın xəbərinə görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR