Bakıda hündürmərtəbəli yaşayış binasında partlayış olub.
AZXEBER.COM-un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında baş verib. Həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində mənzillərdən birinin mətbəxində qaz balonu parlayıb. Partlayış yanğına çevrilib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.