Bakının Suraxanı rayon Hövsan qəsəbəsi Rasim Şahsuvarov küçəsində yerləşən 4 mərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın evin 4-cü mərtəbəsində başlayıb. Hadisə baş verən vaxt evdə heç kim olmadığı üçün xəsarət alan da olmayıb. Adi çağırışla hadisə yerinə 4 yanğınsöndürən maşın yollanıb. Yanğın söndürülüb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, yanğın nəticəsində ev tamamilə yararsız hala düşüb. Sakinlərin sözlərinə görə, yanğın qısaqapanma nəticəsində başlayıb. Faktla bağlı araşdırmalara başlayıb.