Paytaxtın Binəqədi rayonunda qadının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM "Report”-a istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Əsgərova Sədaqət Fərhad qızını "99-JK-506" dövlət qeydiyyat nişanlı "İveco Astra" markalı yük avtomobili vurub.
Yaralını "təcili tibbi yardım" maşını xəstəxanaya yerləşdirib.