Bakıda yetkinlik yaşına çatmayan qız qaçırılıb

Bakıda yetkinlik yaşına çatmayan qız qaçırılıb
Bütün Xəbərlər
10:08 25.08.2015
728

Azərbaycan paytaxtı Bakı şəhərində 13 yaşlı qız qaçırılıb.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Orada yaşayan 2002-ci il təvəllüdlü H.H. naməlum şəxs tərəfindən “VAZ-2107” markalı avtomobillə qaçırılıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən  faktı təsdiqləyiblər. Bildirilib ki, bu barədə polisə qaçırılan qızın anası Ə.H. məlumat verib. Anası polisə verdiyi şikayət ərazisində 13 yaşlı qızının evlənmək məqsədi ilə qaçırıldığını və hüquq-mühafizə orqanlarından qızın tapılaraq evinə qaytarılmasında yardımçı olmalarını xahiş edib.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.

OXŞAR XƏBƏRLƏR