Bakıda özəl bağçada uşaq çirkli suyun içində oynayır - FOTO

Bakıda özəl bağçada uşaq çirkli suyun içində oynayır - FOTO
SOSİAL
17:41 05.09.2019
7594
"Facebook”da valideyn metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən "Baby Star” adlı uşaq bağçasından şikayət edib.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, valideyn 2 yaşlı oğlu üçün həmin bağçadakı vəziyyətlə tanış olarkən şok yaşadığını bildirib.

"Bağçada bizi qarşılayan olmadı. Özümüz resepşnə yaxınlaşdıq. Bağçayla bizi tanış edərkən ayaqyoluna baxdıq.

Deməli, 1 otaqda 4 arakəsməsiz uşaq unitazı vardı. Yəni, oğlan qız eyni otaqda bir-birilərini görərək təbii ehtiyaclarını ödəyirlər.

Bağça yeni təmirdən çıxdığı üçün hər yerdə təmir əşyaları, taxta, sement vardı. Bir sözlə, başdan-ayağa antisanitariya.

Bağçadan çıxanda isə şəkildə gördüyünüz mənzərə ilə rastlaşdım. Bütün uşaqlar bu gölməçənin içində oynayır, oyuncaqlarını yuyurdular.

Kiminin üstü yaş, kimi vedrəyə su doldurub aparır ... Kənarda duran üç müəllim isə bir-birilə söhbətləşir, heç uşaqlara baxmırdı.

Dözməyib müəllimələrə yaxınlaşıb bunun normal olub-olmadığını soruşdum.

Utanmaz kimi üzümə gülüb "həəə, bizə o uşağın anası deyib ki, o nə istəsə icazə verin" cavabını verdilər”, - deyə şikayətçi bildirib.

O, uşaq bağçanda aylıq ödənişin 420 manat olduğunu əlavə edib.

Məsələ ilə bağlı "Baby Star” uşaq bağçasının menecer Nazilə İmanova i "Report"a bildirib ki, valideyn ötən gün yaxınlaşıb bir neçə iradını bilidirib:

"Biz sertifikat almış bir bağçayıq və xüsusi sənədlərimiz var. Valideynin bildirdiyi nöqsanların üzərində texniki şöbə işləyir, onları aradan qaldırmağa çalışır.


Bunu valideynə də bildirdik ki, şənbə və bazar günü bağçadakı problemlər aradan qaldırılacaq.

Valideyn ayaqyolu barədə də şikayət bildirib. Bizim bağçada iki dənə ayaqyolu var ki, onlardan biri böyük uşaqlar, digəri isə körpələr üçündür.

Böyüklər üçün oğlan-qız arakəsməli 6 unitaz var. Azyaşlılar üçün olanda isə oğlan-qız ayrılmır və köməkçilər kömək edirlər.

Digər şikayəti isə gölməçə ilə bağlıdır. Bizim bağça hündürmərtəbəli binanın altında yerləşir.

Oyun meydançasının yerində döşəklər var, kənarları isə asfaltdır. Yağış yağanda orada gölməçə yaranıb.

Uşaq da orda oynayıb. Həmin uşağın valideyni də bizdən xahiş edib ki, uşaq suyu xoşladığı üçün mane olmasınlar.

Düzdür, biz də etiraz etmişik ki, mikrob keçər, xəstələnər. Amma valideyn uşağın istəyinə uyğun davranmağı, sudan çıxandan sonra yuyundurub paltarını geyindirməyi xahiş edib.

Həmin valideynlə danışıq aparılıb, amma valideyn mane olmağımıza narazıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO
23:44 26.02.2026
Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO