Bakıda çərşənbə axşamı saat 23:33 radələrində 3 bal gücündə zəlzələ baş verib.Trend-in məlumatına görə, bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb. Verilən məlumata əsasən, yeraltı təkanın episentri Bakı şəhərindən 62 km cənubi-şərqdə, Xəzər dənizində olub. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.