Bakıda zəncirvari qəza: “Toyota”, BMW və “Kia” toqquşdu

Bakıda zəncirvari qəza: “Toyota”, BMW və “Kia” toqquşdu
SOSİAL
23:34 16.04.2021
497
Bakıda üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report” xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Belə ki, hadisə nəticəsində "Toyota”, BMW və "Kia” markalı avtomobillər toqquşub.

BMW markalı avtomobil hadisə yerindən uzaqlaşıb.

Qəza yerinə DYP əməkdaşları gəlib. Hazırda hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR