Bakı Şəhər Halqası (BŞH) koronavirus pandemiyası ilə əlaqədar Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin ləğv edilməsi ilə bağlı xarici mətbuatda yayılmış məlumata aydınlıq gətirib.
AZXEBER.COM xəbər verir ki, BŞH-dən Trend-ə verilən məlumata görə, hazırda Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin ləğv edilməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur.
Azərbaycan Qran Prisi hələ də bu ilki Formula 1-in təqvimində təxirə salınmış kimi qalmaqdadır.
BŞH ilə Formula 1 rəhbərliyi arasında müzakirələr davam edir.