13:17 çərşənbə Axşamı, 23 Oktyabr 2018
SOSİAL

Bakının daha bir özəl klinikasında ölüm - Öd daşı əməliyyatından sonra...

10:17, 05.10.20184262
Bakının daha bir özəl klinikasında ölüm - Öd daşı əməliyyatından sonra...
Bakıda klinikada ölüm hadisəsi baş verib.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, hadisə "Elmed" Klinikasında baş verib.

1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Klinikasına daxil olub və əməliyyata götürülüb.

H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.
XƏBƏR LENTİ