Bakının dairəvi yolu çökür

Bakının dairəvi yolu çökür
12:24 26.02.2013
1652

Bakı dairəvi yolunda, Avtovağzal tərəfdən başlayaraq ticarət mərkəzinə qədər asfalt çökməyə başlayır.

Oxucunun sözlərinə görə, yolun 7-ci kilometrində çatlar yaranmağa başlayıb. Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azəryolservis" ASC-nin mətbuat katibiPünhan Mürsəliyevlə əlaqə saxlayıb. Mürsəliyev bildirib ki, paytaxt və respublika yolları mütəmadi olaraq təftiş edilir. "Toplanmış bütün materiallar "Azəryolservis" ASC-nin rəhbərliyinə təqdim edilir. Asfaltda çöküntülər olanda müvafiq tədbirlər görülür. Oxucunun qeyd etdiyi yoldakı çökmə ilə bağlı isə bizdə məlumat yoxdur. Bu məsələ ilə bağlı mən müvafiq şöbəyə məlumat verəcəm", - o əlavə edib.(day.az)

OXŞAR XƏBƏRLƏR