12:44 çərşənbə, 25 Aprel 2018
SOSİAL

Bakının mərkəzində faciə: meyiti iş yerində tapıldı

16:29, 12.01.2018654
Bakının mərkəzində faciə: meyiti iş yerində tapıldı

Bakı sakini iş yerində vəfat edib. 

Paytaxt sakini, 1973-cü il təvəllüdlü Məmmədov Ruslan Ravil oğlundan xəbər ala bilməyən yaxınları gecə saatlarında onun Yusif Məmmədəliyev küçəsində yerləşən iş yerinə gəliblər. Burada R.Məmmədovun meyiti aşkarlanıb.

İlkin müayinə zamanı 45 yaşlı kişinin cəsədi üzərində zorakılıq əlaməti aşkarlanmayıb. 

Araşdırma aparılır.

///lent.az
0
XƏBƏR LENTİ