Bakının məşhur gecə klubunun qarşısında dava: Həbs edilənlər var

Bakının məşhur gecə klubunun qarşısında dava: Həbs edilənlər var
SOSİAL
19:40 09.06.2026
122
Bakının Səbail rayonunda gecə klubunda dava olub.

AZXEBER.COM Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonunun M.İbrahimov küçəsibdə yerləşən "Enjoy” gecə klubunun qarşısında baş verib.

Bir neçə nəfərin mübahisəsi davaya çevrilib və nəticədə klubun iki mühafiəzəçisi – 1994-cü il təvəllüdlü Vüsal Babayev və 2005-ci il təvəllüdlü Rəhim Səlimov saxlanılıblar.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət) maddələri ilə ittiham elan edilib.

İttihama görə, onlar gecə klubunun qarşısında bir neçə nəfərlə dava ediblər və polisin qanuni tələbinə tabe olmayıblar.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər biri 20 gün müddətinə həbs ediliblər.
OXŞAR XƏBƏRLƏR