Bakıya 320 yeni avtobus gətiriləcək

Bakıya 320 yeni avtobus gətiriləcək
SOSİAL
11:34 28.04.2021
409
"2015-ci ildən bəri paytaxtda sərnişindaşıma ilə məşğul olan 968 avtobus yenilənib".

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, təkcə 2020-ci ildə 119 yeni avtobus alınıb.

"Yenilənmiş avtobusların 724-nü ölkədə Agentlik keçirdiyi tenderlərlə, 244-nü isə özəl daşıyıcılar gətirib. Bu il və gələn il paytaxta daha 320 avtobus gətiriləcək və sərnişindaşımaya cəlb olunacaq. Hazırda Bakıda gündəlik 630 min sərnişin daşınır", - deyə o, əlavə edib.
OXŞAR XƏBƏRLƏR