"Baku Bus"ın avtobusu avtomobillərlə toqquşub, xəsarət alan var - FOTO

SOSİAL
14:24 09.08.2019
3113
Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib.

Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "Baku Bus" avtobusu iki minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR