5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başladığı gündən düz 16 il ötür!
Bu 16 ildə xəbər portalı oxucularına dünyanın istənilən nöqtəsindən və Azərbaycandan ən maraqlı məlumatları çatdırıb və bu işini uğurla davam etdirməkdədir.
Daim eksklüziv xəbərlər, araşdırma xarakterli məqalələrlə oxucuların rəğbətini və etimadını qazanan BAKU.WS qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilib. İndi xəbər deyəndə ilk növbədə BAKU.WS yada düşür.
Saytın oxucularının sayı hər ay milyonlarla ölçülür. BAKU.WS-in Azərbaycanın bölgələrində və ölkə xaricində fəaliyyət göstərən xüsusi müxbirləri 7/24 baş verən hadisələri operativ olaraq oxuculara təqdim edir. Tam əminliklə demək olar ki, BAKU.WS oxucusu dünyanın istənilən nöqtəsində baş verən hadisə və yeniliklərdən məlumatsız qalmayacaq.
BAKU.WS tək informativ sayt deyil, həmçinin sosial layihələrdə iştirak edir. İmkansız ailələrə yardım əli uzadır. Onların müalicə və sağlamlıq xərclərini qarşılaya bilməsi üçün zaman-zaman insanlara xeyriyyə çağırışları edir. Saytın çağırışları xeyirxah insanların qulağına tez çatır və neçə-neçə insan şəfa taparaq həyatlarına davam edirlər.
İdman sahəsində uğurla çıxış edən gənclərə dəstək olur, Azərbaycan bayrağını dalğalandıran idmançılarımız haqqında maraqlı məlumatlar hazırlayırıq.
BAKU.WS-in oxucularının daha rahat xəbərləri izləyə bilməsi üçün sosial şəbəkələrdə rəsmi səhifələriləri fəaliyyət göstərir. BAKU.WS 2020-ci ildə də qarşısına ən yüksək hədəflər qoyub.
AZXEBER.COM olaraq həmkarlarımızı təbrik edirik. Neçə belə illərə!