Baldızını güllələyən yeznənin məhkəməsi başlayıb

Baldızını güllələyən yeznənin məhkəməsi başlayıb
KRİMİNAL
17:40 20.11.2013
2110

Bakı Ağır Cinayətlər Məhkəməsində 39 yaşlı Habil Yunis oğlu Həsənovun məhkəməsi başlayıb.

AZXEBER.COM-un məlumatına görə, qəsdən adam öldürmədə təqsirləndirilən Habil Həsənovun məhkəməsi hakim Əliövsət Abasovun sədrliyi ilə keçirlir.İttihama görə, hadisə bu ilin iyunun 26-da Sumqayıtın Kimyaçılar qəsəbəsində baş verib. Qəsəbə sakini, Habil Həsənov ov tüfəngi ilə baldızı, 1952-ci il təvəllüdlü Nübar Məhərrəm qızı Nabatəliyevanı güllələyib.Nəticədə güllə xəsarəti alan N.Nabatəliyeva dünyasını dəyişib. Hadisəni törədən H.Həsənov hadisə yerindən qaçıb.Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həsənov tutulub.O, ifadəsində həyat yoldaşını öldürmək istədiyini, lakin güllənin təsadüfən baldızına dəydiyini deyib.

OXŞAR XƏBƏRLƏR