"Azərbaycan İpoteka Fondu" ASC üçün dövlət büdcəsindən 50 mln. manat ayrılıb. Amma fond büdcədən tam maliyyələşə bilməz. Əlavə mənbələrdən də pul cəlb etməlidir".
AZXEBER.COM Report-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov həmçinin, bankların konsolidasiya prosesinin başa çatdığını da bildirib: "Bircə "AGBank"la bağlı məsələ qalıb. Onlar da öz əmanətçilərinin hesabına kapitalını artırır".
E. Rüstəmov ölkədə İslam Bankının yaradılması ilə bağlı hər hansı müzakirə aparılmadığnı da əlavə edib.