"Barbi"yə bənzəmək istəyirdi: 27-ci əməliyyatında həyatını itirdi

"Barbi"yə bənzəmək istəyirdi: 27-ci əməliyyatında həyatını itirdi
MAQAZİN
14:39 06.11.2025
266
Dünyaca məşhur braziliyalı influenser Barbara Yankovski "Barbi"yə bənzəmək üçün 27 plastik əməliyyat keçirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, sonuncu əməliyytından sonra vəfat edib.
 
31 yaşlı influenserin mənzilində ölü tapılmasından sonra araşdırma başlanıb. Yankovskinin ölümü şübhəli hesab edilib və cəsədi yarılma üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.
 
Bildirilib ki, Barbara Yankovski 27 plastik əməliyyat keçirib və ikonik Barbi kuklasına bənzəmək üçün 42.000 funt sterlinqdən çox pul xərcləyib.
 
"İnstaqram"da 550.000-dən çox, TikTokda isə 344.000 izləyicisi olan Yankovski Braziliyada "Qeyri-adi kukla" mənasını verən "Boneca Desumana" ləqəbi ilə tanınırdı.

Aysel
OXŞAR XƏBƏRLƏR