06:41 şənbə, 18 Avqust 2018
DÜNYA

Barışmaq üçün evlərinə getdiyi sevgilisinin anasını öldürdü: atasını ağır yaraladı

22:04, 04.06.20187171
Barışmaq üçün evlərinə getdiyi sevgilisinin anasını öldürdü: atasını ağır yaraladı

İzmirdə küsülü olduğu sevgilisi ilə barışmaq istəyən Yusufcan Ö. (19) adlı gənc dəhşətli qətl törədib.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, sevgilisi M.Y.-nin evinə gedən hisrli gənc qızın anası Fadime Y.-nı (52) bıçaqlayaraq öldürüb, atası Fahri Y.-nı (57) isə yaralayıb, qaçıb. Yusufcan Ö. polis idarəsinə gələrək könüllü təslim olub.

Yaralı xəstəxanaya çatıdırlıb. Qızın atasının vəziyyətinin də yaxşı olmadığı deyilir.

İddialara görə, sevgilisindən üzr istəməyə gedən Yusufcan ilə M.Y.-nın ailəsi arasında mübahisə yaşanıb.

 

Yusufcan Ö.-nün ilk ifadəsində: "Mən üzr istəmək üçün sevgilimin evinə getdim. Anası "Qızımı niyə incitdin?" deyərək mənə şillə atdı. Atası da yumruq atanda yerə yıxıldım, dəliyə döndüm. Yerdən tapdığım bıçaq ilə öncə sevgilimin anasını, ardınca atasını bıçaqladım" deyib.

XƏBƏR LENTİ