19:33 Cümə Axşamı, 21 Fevral 2019
İDMAN

“Barselona” İspaniya çempionatına 5:0-la başladı

12:31, 30.08.2011974
“Barselona” İspaniya çempionatına 5:0-la başladı
Futbol üzrə İspaniya çempionatının 2011/12 mövsümünün ilk turunun son qarşılaşması baş tutub. İlk turun son matçında son İspaniya çempionu “Barselona” doğma “Nou Kamp” stadionunda “Vilyareal” klubunu sınağa çəkib.  Qarşılaşma 5:0 hesabı ilə “Barselona”nın xeyrinə nəticələnib. Oyunda Lionel Messi 2 dəfə, Tiaqo Alkantara, Sesk Fabreqas və Sançes isə bir dəfə fərqlənib. Messi “Vilyareal”ın qapısından 2 qol keçirməklə “Barselona”nın heyətində vurduğu qollarının sayını 101-ə çatdırıb.
XƏBƏR LENTİ