İspaniyanın "Barselona" klubu İtaliya "Milan"ında çıxış edən Frank Kessye ilə anlaşıb.
26 yaşlı yarımmüdafiəçi mövsümün sonunda azad agent kimi Kataloniya təmsilçisinə keçəcək.
Kot d İvuardan olan oyunçu cari mövsüm "rossonerilər"in heyətində bütün turnirlərdə 29 matça çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Afrikalı futbolçu 2019-cu ildən "Milan"ın formasını geyinir.