"Barselona" onunla bağlı qərarını verdi

"Barselona" onunla bağlı qərarını verdi
İDMAN
14:18 16.11.2025
125
Erik Qarsiya yaxın vaxtlarda "Barselona" ilə yeni müqavilə imzalaya bilər.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki,  "blauqrana" rəhbərliyi 24 yaşlı futbolçu üçün 2030-cu ilin yayına qədər nəzərdə tutulan təklif hazırlayır. İspaniyalı oyunçunun özü də PSJ-nin marağına baxmayaraq, Kataloniya təmsilçisində qalmaq istəyir.

İspaniya millisinin üzvünün klubla hazırkı müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir. "Transfermarkt" portalı onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Erik Qarsiya bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub.
OXŞAR XƏBƏRLƏR